“Kontakt Home” əmtəə nişanının sahibi “ABC-Telecom” MMC ilə bağlı növbəti dəfə cərimə protokolu imzalanıb.
Tribunainfo.az xəbər verir ki, ötən həftə fərdi məlumatların mühafizə olunması qaydalarını pozduğuna görə cərimələnən “Kontakt Home” bu dəfə də gömrük qaydalarını pozub. Belə ki, məlum olub ki, “ABC Telecom” İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsini pozub. Tələbi pozulan maddəyə əsasən, Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə, vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir.
“Komtakt Home”la bağlı işə Binəqədi rayon Məhkəməsində baxılacaq. Proses 23 yanvar tarixinə təyin edilib. İş hakim Zamiq Bağırovun icraatındadır.
Qeyd edək ki, cərimələnməsi gpzlənilən “ABC-Telecom” MMC-nin sabiq deputat Elnur Allahverdiyevə məxsus olduğu bildirilir.
Qarşı tərəfi dinləməyə hazırıq.
Gülşən