“Kontakt Home”da xarab telefon problemi

“Kontakt Home”da xarab telefon problemi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Kontakt Home”dan şikayətlər durmadan artır. Sözügedən mağazalar şəbəkəsindən texnika alanlar problem yaşadığı üçün servislərdə qalıb.

Tribunainfo.az xəbər verir ki, problem yaşayanlardan biri də Əkbər Kərimzadədir. O bildirib ki, 3 aydır “Kontakt Home”dan telefon alsa da, problem yaşayır:

“Şikayətim “Kontakt Home”dandır. 3 ay əvvəl Samsung s24+ modeli almışam. Alınandan telefonda problem var. Telefonda şəbəkə problemi var. Dedilər, nömrəni dublikart elə, düzələcək, amma düzəlmədi. İndi də deyirlər servisə getməlidir. Əziyyət çəkib o qədər pul verirəm, yaxşı telefon verin də. Xarab telefon niyə satırsız? Mənim telefonum niyə servisə getməlidir ki? Niyə təzə aldığım telefon açılmalıdır?”.

Qeyd edək ki, “Kontakt Home”la bağlı bu cür şikayətlər kifayət qədərdir. Müştərilər oradan alınan elektrik məhsullarında daim problem yarandığını bildirirlər. Bu kimi hallarda isə mağaza nə məhsulu dəyişir, nə də geri qaytarır.

Xatırladaq ki, “Kontakt Home” mağazalar şəbəkəsinin sahibi keçmiş deputat Elnur Allehverdiyevdir.

Tərəfləri dinləməyə hazırıq.

Gülşən Rəsul