“Kontakt Home”-a cərimə protokolu yazıldı – SƏBƏBbackend

“Kontakt Home”-a cərimə protokolu yazıldı – SƏBƏB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Kontakt Home” əmtə nişanı altında fəaliyyət göstərən və bu adla tanınan “ABC-Telecom” MMC ilə bağlı cərimə protokolu tərtib edilib.

Tribunainfo.az xəbər verir ki, “Kontakt Home”un İnzibati Xətalar Məcəlləsinin gömrük qaydaları əleyhinə olan 485.2-ci maddəsini pozduğu məlum olub. Tələbi pozulan maddəyə əsasən, Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir.

“Kontakt Home”la bağlı iş baxılması üçün Binəqədi rayon məhkəməsinə gönədirlib. 6 noyabr tarixində hakim Vüsal Tağıyevin sədrliyi ilə işə baxılacaq.

Qeyd edək ki, “ABC-Telecom” MMC 2001-ci ildə yaradılıb. Şirkətin sahibi deputat Elnur Allahevrdiyevdir.

Qarşı tərəfi dinləməyə hazırıq.

Gülşən