Konseysaonun yeni klubu məlum oldu

Konseysaonun yeni klubu məlum oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Portuqaliyalı mütəxəssis Serxio Konseysao Səudiyyə Ərəbistanının “Əl-İttihad” klubunun baş məşqçisi təyin olunub.

Tribunainfo.az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb.

Onun sözlərinə görə, mütəxəssislə müqavilə 2027-ci ilin iyun ayınadək nəzərdə tutulub.

Çalışdırıcı ilə birlikdə məşqçilər heyətindən Juan Koşta, Siramana Dembele, Fabio Mora, Diamantino Fiqeyredo, Vedran Runye və analitik-məşqçi Eduardo Oliveyra da Səudiyyə Ərəbistanına yollanacaqlar.

Qeyd edək ki, S.Konseysaonun son klubu İtaliyanın “Milan” komandası olub. O, bu ilin mayında vəzifəsindən azad edilib.