Konserv məhsulundan görün nə çıxdı – FOTO

Konserv məhsulundan görün nə çıxdı – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin Çukurova Universitetində 7 istehsalçıya aid 33 fərqli ton balığı markası araşdırılıb.

Onların hamısında mikroplastik hissəciklər (mikroplastiklər plastik torbalar, yeşiklər, butulkalar və xüsusilə də iplər kimi daha böyük plastik hissələrin parçalanması nəticəsində əmələ gələn qeyri-müntəzəm plastik parçalarıdır) aşkar edilib.

Çukurova Universitetinin alimi Sedat Gündoğdu emal edilmiş dəniz məhsullarında mikroplastiklərin olub-olmadığını müəyyən etmək üçün Türkiyə bazarında 7 istehsalçıya məxsus 33 fərqli ton balığı markasını araşdırıb. Gündoğdu laboratoriya şəraitində işıq mikroskopu və mikro-raman mikroskopundan istifadə edərək ton balığını tədqiq edib.

“Emal edilmiş dəniz məhsullarında çirklənmə ola biləcəyi fərziyyəsinə əsasən, Türkiyədə bu vəziyyətin nə dərəcədə olduğunu anlamaq üçün 7 fərqli istehsalçıdan 33 fərqli ton balığı markası topladıq. Onlarda mikroplastiklərin olub-olmadığını araşdırdıq. Dünyadakı nümunələrlə müqayisədə miqdar az olsa belə, hər ton balığının qabında ən azı bir mikroplastik olduğunu müəyyən etdik”, – deyə o açıqlamasında bildirib.