KONSERTİ LƏĞV OLUNAN REPER BAKIYA GƏLMƏKDƏN İMTİNA EDİB…?backend

KONSERTİ LƏĞV OLUNAN REPER BAKIYA GƏLMƏKDƏN İMTİNA EDİB…?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda 20 may tarixində konsert verəcəyi gözlənilən məşhur rusiyalı rep və estrada ifaçısı Morqensternin (Alişer Tahiroviç Morqenştern) konserti ləğv edilib. İlk gündən çoxlarının etiraz etdiyi konsertin hələlik hansı səbəbdən ləğv edildiyi məlum deyil.

Tribunainfo.az yazır ki, Morqensterin Bakıya gələcəyi bir çoxlarına inandırıcı gəlməmişdi. Konsert elanları paylaşılanda belə sosial şəbəkə istifadəçiləri onun Bakıya gəlməyinə təəccüblənmişdi. Bu ehtimalı nəzərə alaraq, çoxları məhz reperin özünün Bakıya gəlməkdən imtina etdiyini bildirir.

Həmçinin ilk gündən sözügedən konsertlə bağlı müəyyən kəsm insan etiraz edirdi. Reperin daha çox narkotik təbliğatçısı kimi məşhur olması narazılıq yaradırdı.

Xatırladaq ki, reperin Çeçenistanda da konserti olacağı gözlənilirdi. Lakin Çeçenistanda konsertə icazə verilməyib.
Bakıdakı konsert təşkilatçıları isə konsertin ləğvini texniki səbəblərlə əlaqələndiriblər.