backend

Konqresmen Xocalı ilə bağlı bəyanat verib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Konqresindəki Azərbaycan üzrə işçi qrupun həmsədri, Tennesi ştatından olan konqresmen Stiv Kohen yüzlərlə günahsız insanın ölümü ilə nəticələnən Xocalı soyqırımının 25-ci ildönümü ilə bağlı bəyanat verib. 

ABŞ Konqresindəki Azərbaycan üzrə işçi qrupun həmsədri, Tennesi ştatından olan konqresmen Stiv Kohen yüzlərlə günahsız insanın ölümü ilə nəticələnən Xocalı soyqırımının 25-ci ildönümü ilə bağlı bəyanat verib.


TİA.AZ xəbər verir ki, Konqresmen Kohen bəyanatında Azərbaycanın Dağlıq Qarabağ regionunda yerləşən Xocalının 1992-ci il fevralın 26-da Ermənistan Silahlı Qüvvələrinin hücumuna məruz qaldığını və həmin dəhşətli gecədə 600-dən çox silahsız insanın, o cümlədən 106 qadın və 83 uşağın vəhşicəsinə öldürüldüyünü qeyd edib.

Bildirilir ki, atəşkəsin imzalanmasından 20 ildən çox keçməsinə baxmayaraq, Azərbaycanın Dağlıq Qarabağ regionu və yeddi ətraf rayonu da daxil olmaqla 20 faiz ərazisi hələ də işğal altındadır. Bir milyondan çox azərbaycanlı öz evindən didərgin düşüb.

O, həmçinin Azərbaycanın işğal edilmiş əraziləri boyunca olan təmas xəttində toqquşmalar kontekstində ABŞ-ın ATƏT-in Minsk qrupunun həmsədri olaraq Azərbaycan-Ermənistan münaqişəsinin həlli istiqamətində səylərini artırmasının vacibliyini bildirib.

Daha sonra ABŞ Konqresinin üzvü Azərbaycanın çox çətin qonşuluq mühitində olmasına baxmayaraq, bir çox məsələlərdə, o cümlədən təhlükəsizlik və enerji məsələlərində ABŞ və müttəfiqlərinin güclü tərəfdaşı olduğunu vurğulayıb. Konqresmen, eyni zamanda, Azərbaycanın beynəlxalq sülhməramlı əməliyyatlara, xüsusilə Əfqanıstan əməliyyatına mühüm töhfəsini diqqətə çatdırıb.

Konqresmen öz bəyanatında, həmçinin Azərbaycanın aparıcı rol oynadığı Cənubi Qaz Dəhlizinin inşasının təbii qaz ilə təchizat baxımından Avropa dövlətləri üçün önəmini vurğulayıb. Ölkəmizin İsrailin neft istehlakının təxminən 40 faizini təmin etdiyini bildirib. O, həmçinin Azərbaycanda yəhudi icmasının əmin-amanlıq içərisində yaşadığını və ölkəmizin İsraillə yaxın münasibətlərinin təqdirəlayiq olduğunu ifadə edib.

Sonda konqresmen Kohen dünya azərbaycanlılarının Xocalı soyqırımının qurbanlarının xatirəsini yad etdiyi bir məqamda Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tezliklə həll olunmasının və Cənubi Qafqazda sülhün və sabitliyin təmin edilməsinin önəminə diqqət çəkib.