ABŞ konqresmeni Adam Şiff 4 gündür etiraz aksiyası keçirən Amerika erməniləri ilə görüşməyə razılıq verib.
Tribunainfo.az xəbər verir ki, u gecə ermənilər avtomobil və motosikletlərlə yolları bağlayıblar və bütün bunlar siren səsləri ilə müşayiət olunub.
“İstədiyimizi aldıq, Adam Şiff bizimlə görüşməyə razı oldu. Dörd gün döyüşdük, Qlendele çatdıq, yolu bağladıq və cümə günü Şifflə görüşəcəyik”, – bu barədə ABŞ-da yaşayan Davit Mnatsakanyan Facebook-da canlı yayımda məlumat verib.
Yolları bağladıqdan sonra, görüş baş tutana qədər mübarizəni davam etdirməyi planlaşdırdıqları üçün Şiffin ofisinin yaxınlığındakı Burbanka qayıtdılar.