KONQRESİN ERMƏNİPƏRƏST KOMİSSİYASI YENƏ TOPLAŞIR – LAÇIN “DƏRDİ”backend

KONQRESİN ERMƏNİPƏRƏST KOMİSSİYASI YENƏ TOPLAŞIR – LAÇIN “DƏRDİ”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sentyabrın 6-da ABŞ Konqresinin Tom Lantos İnsan Haqları Komissiyası Laçın yolundakı vəziyyəti müzakirə edəcək. Tribunainfo.az xəbər verir ki, bu barədə komissiyanın yaydığı məlumatda deyilir.

Avqustun 7-də məruzə ilə çıxış edən Beynəlxalq Cinayət Məhkəməsinin keçmiş prokuroru Luis Moreno Okampo məhkəmə iclasında ekspert rəyini verəcək və o, vurğulayıb ki, “2023-cü ildə Azərbaycanda yaşayan ermənilərə qarşı soyqırım həyata keçirildiyini düşünmək üçün ağlabatan əsaslar ola bilər”.

Kolumbiya Universitetinin İnsan Hüquqlarının Öyrənilməsi İnstitutunun Sülh Quruculuğu və İnsan Hüquqları Proqramının direktoru Devid Fillips isə Azərbaycan hökumətinin niyyəti ilə bağlı “faktlarla” ifadə verəcək. Qeyd edək ki, dinləmələr sentyabrın 6-da keçiriləcək və komissiyanın internet saytında yayımlanacaq.