Konqresdə Qarabağla bağlı tədbir keçirləcəkbackend

Konqresdə Qarabağla bağlı tədbir keçirləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Erməni diasporası bütün imkanlarından istifadə edərək, Azərbaycan əleyhinə təbliğatlarını müxtəlif platformalarda reallaşdırmağa çalışırlar. Tribunainfo.az xəbər verir ki, növbəti addımı Amerika Erməni Milli Komitəsi (ANCA) atıb.

Belə ki, onların təşkilatçılığı ilə sentyabrın 19-da ABŞ Konqresində “Hesabat 2024” adlı toplantı keçirəcək. Konqresmenlər və ictimai-siyasi şəxslərin iştirakı ilə keçiriləcək toplantıda 2020-2023-cü illərdə Qarabağda baş verən hadisələr müzakirə olunacaq, hadisələrin guya, Azərbaycan tərəfindən törədilmiş “soyqırım” kimi qəbul edilməsi məsələsi qaldırılacaq.

ANCA yaydığı məlumatda bildirib ki, başlıca hədəflərindən biri onların təşkilatçılığı ilə ermənilərin Qarabağa təhlükəsiz qayıtmaları üçün proqramlarının reallaşdırılması və təqdim edilməsidir.

Qeyd edək ki, ermənilər maksimum dərəcədə Azərbaycanı qaralamağa, böhtan atmağa, həqiqətləri təhrif etməyə çalışırlar. İndiyə qədər bu istiqamətdə yüzlərlə belə tədbirlər keçirsələr də, heç nəyə nail olmayıblar. Bundan sonra da nail ola bilməyəcəklər. Çünki dünyda da ağla qaranı seçə bilir və Azərbaycanın atdığı addımların qanuni, beynəlxalq hüquqa uyğun olduğunu yaxşı bilirlər.