Konqo hökuməti prezident Denis Nguesso-ya qarşı çevriliş cəhdi ilə bağlı şayiələri təkzib edib.
Tribunainfo.az xəbər verir ki, bu barədə ölkənin informasiya naziri Thierry Moungalla bazar günü X platformasının tvitində dərc olunan mesaj vasitəsilə danışıb.
Daha əvvəl bəzi sosial media hesablarında və xəbərlərdə prezidentin Birləşmiş Millətlər Təşkilatının 78-ci Baş Assambleyasının (UNGA) ABŞ-ın Nyu-York şəhərində keçirilən iclasında iştirak etdiyi üçün ölkədə dövlət çevrilişinə cəhdin baş verdiyi iddia edilib.
Xəbərlərdə çevrilişə cəhd edənlərin şəxsiyyətinin məlum olmadığı bildirilsə də, prezident qvardiyasının komandirinin hakimiyyəti ələ keçirməyə cəhddə rolu olduğu ehtimal edilir.
Mounqalla bu xəbərləri saxta xəbərlər adlandırıb.