Konor Makqreqor karyerasını bərpa edib

Konor Makqreqor karyerasını bərpa edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mütləq Döyüş Çempionatının (UFC) yüngül çəki üzrə sabiq çempionu Konor Makqreqor karyerasını bərpa edib.

“Report” xəbər verir ki, 31 yaşlı irlandiyalı döyüşçü bu barədə “Twitter” hesabında yazıb. 9 gün əvvəl karyerasını başa vurduğunu açıqlayan idmançı fikrini dəyişib.

Qeyd edək ki, Makqreqor indiyə qədər keçirdiyi 25 döyüşdən 21-də qalib gəlib. O, sonuncu dəfə ötən ilin oktyabrında rusiyalı Həbib Nurməhəmmədovla qarşılaşıb və uduzub.