Konfransa Liqası: “Sabah” “Levski” ilə cavab oyununa çıxır

Konfransa Liqası: “Sabah” “Levski” ilə cavab oyununa çıxır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün UEFA Konfrans Liqasında 3-cü təsnifat mərhələsinə yekun vurulacaq.

Tribunainfo.az xəbər verir ki, Azərbaycanın turnirdəki təmsilçilərindən “Sabah” da mərhələnin cavab matçına çıxacaq.

Valdas Dambrauskasın komandası Bakıda “Levski”ni qəbul edəcək. Görüş saat 20:00-da başlayacaq.

Komandalar arasında Bolqarıstanda keçirlən ilk görüşdə “Levski” 90+8-ci dəqiqədə vurduğu qolla 1:0 hesablı qələbə qazanıb.

Qeyd edək ki, bu cütün qalibinin pley-off mərhələsindəki potensial rəqibləri “AZ Alkmar” (Niderland) və “Vaduts”dur (Lixtenşteyn).

Konfrans Liqası
III təsnifat mərhələsi
Cavab oyunu

14 avqust
20.00 Sabah (Azərbaycan) – Levski (Bolqarıstan)
Baş hakim: Nikolay Balakin (Ukrayna).
Masazır. “Bank Respublika Arena”.
İlk oyun – 0:1.