Bu gün Azərbaycan təmsilçisi “Zirə” Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyununa çıxacaq.
Qaynarinfo xəbər verir ki, paytaxt klubu evdə “Osiyek”i (Xorvatiya) qəbul edəcək.
“Dalğa Arena”da keçiriləcək görüş saat 20.30-da başlayacaq. Oyunu Avstriyadan olan hakimlər briqadası idarə edəcək.
Bu komandalar arasında ilk matç 1:1 hesabı ilə başa çatıb. Cütün qalibi isə pey-offda “Omoniya” (Cənubi Kipr) ilə üz-üzə gələcək.
Konfrans Liqası
III təsnifat mərhələsi
Cavab oyunu
15 avqust
20.30 Zirə (Azərbaycan) – Osiyek (Xorvatiya)
Hakimlər: Yulian Veinberqer, Maksimilian Kolbitş, Andreas Vitşinq, Stefan Ebner (Avstriya).
“Dalğa Arena”.
İlk oyun – 1:1.