Konfrans Liqası: Yarımfinal mərhələsinə start verilir – AFİŞAbackend

Konfrans Liqası: Yarımfinal mərhələsinə start verilir – AFİŞA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün UEFA Konfrans Liqasında yarımfinal mərhələsinin ilk oyunları keçiriləcək.

Tribunainfo.az xəbər verir ki, hər iki qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

İtaliyanın “Fiorentina” klubu öz meydanında İsveçrə təmsilçisi “Bazel”i qəbul edəcək. Digər matç İngiltərədə keçiriləcək. “Vest Hem” doğma azarkeşləri qarşısında Niderland “AZ Alkmaar”ını sınağa çəkəcək.

Komandalar arasında cavab oyunları mayın 18-də gerçəkləşəcək.

UEFA Konfrans Liqası

Yarımfinal, ilk oyunlar

11 may

23:00. “Fiorentina” (İtaliya) – “Bazel” (İsveçrə)

Baş hakim: Fransua Leteksye (Fransa)

Florensiya, “Artemio Franki” stadionu

23:00. “Vest Hem” (İngiltərə) – “AZ Alkmaar” (Niderland)

Baş hakim: Halil Umut Meler (Türkiyə)

London, “London” stadionu