“Sabah” bu gün UEFA Konfrans Liqasının III təsnifat mərhələsində ilk oyunlarını keçirəcək.
Tribunainfo.az-ın məlumatına görə, Murad Musayevin baş məşqçi olduğu komanda Bakıda Serbiya “Partizan”ı ilə qarşılaşacaq.
“Bank Respublika Arena”dakı qarşılaşma saat 20:00-da start götürəcək. Matçı gürcüstanlı FIFA referisi Giorgi Kruaşvili idarə edəcək.
Qeyd edək ki, III təsnifat mərhələsinin cavab oyunları avqustun 17-də baş tutacaq.
Konfrans Liqası
III təsnifat mərhələsi
İlk oyunlar
10 avqust
21.00 Neftçi (Azərbaycan) – Beşiktaş (Türkiyə)
Baş hakim: Lukas Fandrix (İsveçrə).
“Neftçi Arena”.