KONDİSİONER BU XƏSTƏLİKLƏRƏ SƏBƏB OLUR…

KONDİSİONER BU XƏSTƏLİKLƏRƏ SƏBƏB OLUR…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsti yay günlərində evdə kondisionersiz qalmaq bəzən mümkün olmur. Sərinləməyə kömək edən bu texnologiya bəzən müəyyən xəstəliklərə səbəb də olur. Birbaşa kondisioner havasına məruz qalmaq, yatarkən açıq qoymaq və mühiti havalandırmamaq kondisionerdən şüursuz istifadə üsuludur. Bunun nəticəsi pis və ağır ola bilər.

Tribunainfo.az yazır ki, kondisionerin ani istilik və nəm dəyişiklikləri tənəffüs sisteminə təsir edir. Dəri və göz kimi həssas bölgələrin qurumasına səbəb olur. Gün ərzində dayanmadan işləyən kondisionerlər səs-küyə, allergik feaksiyalara, xroniki rinit, farengit, boğaz ağrısı və səs tutulmasının yaranmasına səbəb olur.
Müxtəlif mikroorqanizm və göbələklər kondisioner yolu ilə insana yoluxa bilir. Bunun nəticəsində astma, bronxit və digər ağ ciyər xəstəliyi olan insanlarda asanlıqla ağ ciyər infeksiyaları, nəfəs darlığı, nəfəs alıb-verərkən fısıltının eşidilməsi və ya digər tənəffüs problemlərini ortaya çıxarır.
Kondisioner aşağıdakı xəstəliklərə yol açır:

– Kondisioner şoku
– Kondisioner qızdırması
– Allergik pnevmoniya
– Soyuqdəymə, qrip, sinüzit
– Bronxit, astma
– Qulaq, burun, boğaz iltihablanması
– Baş və əzələ ağrıları
– Revmatik xəstəliklər
– Faringit

Yayın dözülməz isti havalarında kondisionerin xəstəlik səbəbi olmaması üçün bəzi tədbirlər görərək özümüzü qoruya bilərik. Avtomobil və evlərdəki kondisionerlərin birbaşa üzə və döş qəfəsinə vurmayacaq şəkildə tənzimlənməsi, ev və iş yerlərində kondisionerlərin filtrlərinin təmizlənməsi çox vacibdir.