“Kömürçü Residence” MMC-yə inzibati protokol yazılıb.
Pravda.az-ın xəbərinə görə, protokol ETSN tərəfindən İnzibati Xətalar Məcəlləsinin 266.2-ci (Tullantıların emalı yerlərinin müəyyənləşdirilməsi, layihələşdirilməsi, tikintisi, istifadəsi və ya ləğv edilməsi normalarının və qaydalarının pozulmasına görə vəzifəli şəxslər üç min beş yüz manatdan dörd min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər on min manatdan on beş min manatadək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib olunub.
İş Yasamal Rayon Məhkəməsinin hakimi Rəşad Cavadzadənin icraatındadır.