“Komsomolskaya Pravda”nın baş redaktor müavininin meyiti tapıldı

“Komsomolskaya Pravda”nın baş redaktor müavininin meyiti tapıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Moskvada “Komsomolskaya Pravda”nın baş redaktor müavini Anna Tsarevanın meyiti aşkarlanıb.
Tribunainfo.az xəbər verir ki, bu barədə “Baza” “Telegram” kanalı məlumat yayıb.
Bildirilir ki, dekabrın 10-da jurnalist valideynləri ilə telefon danışığında səhhətinin pis olmasından və qızdırmadan şikayətlənib. Ertəsi gün 35 yaşlı Anna Tsareva onlarla ünsiyyəti kəsib.
Axşam saatlarında jurnalistin valideynləri qızlarının kirayə qaldığı mənzilin sahibinə müraciət ediblər. Axşam saat 08.00 radələrində onun atası və ev sahibi qapını açaraq Annanın cəsədini çarpayıda tapıblar.
Hazırda polis tərəfindən araşdırma aparılır. Qadının ölümünün səbəbləri öyrənir. Mənzildə heç bir zorakılıq izi yoxdur.
Aydın