İş stolu və kompüter arxasında 2 saat və daha çox oturmaq olmaz.
Tribunainfo.az yazır ki, bu barədə həkimlər bildirib. Həkimlərin fikrincə, 2 saatdan çox iş stolunda oturmaq bel, boyun, əzələ ağrılarına səbəb olur.
Bu problem sonradan daimi sümük və əzələ ağrılarına çevrilir. Mütəxəssislər tərəfindən ofis daxilində qısa gəzişmələr, eyni zamanda oturaq vəziyyətdə boyun, qol və ya ayaq hərəkətləri etmək tövsiyə olunur.