“WhatsApp” Hindistandakı istifadəçiləri üçün hesab ödəmə funksiyasını işə salmağa hazırlaşır.
Tribunainfo.az zəbər verir ki, dünyanın ən məşhur mesajlaşma proqramı olan WhatsApp Hindistanda maliyyə xidmətlərini genişləndirməyə davam edir.
Məlumata görə, WhatsApp Hindistandakı istifadəçiləri üçün yeni hesab ödəmə funksiyası üzərində işləyir.
Bu xüsusiyyət sayəsində istifadəçilər işıq, su, təbii qaz və telefon kimi ödənişlərini birbaşa WhatsApp vasitəsilə ödəyə biləcəklər.
Bu yeniləmə WhatsApp Pay üçün böyük bir addım deməkdir. 2023-cü ilin dekabrında Hindistanın Milli Ödənişlər Korporasiyası (NPCI) WhatsApp Pay-ın istifadəçi əlaqəsinə qoyulan məhdudiyyəti aradan qaldırdı.
Bu yolla WhatsApp Pay Hindistanda 532 milyon istifadəçiyə çata bildi. Hesab ödəmə xüsusiyyəti ilə WhatsApp Pay-in PhonePe və Google Pay kimi rəqibləri ilə rəqabəti daha da artacaq.