backend

Komitə sədri güzəştli limitlərin artırılmasından DANIŞDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, akademik Ziyad Səmədzadə Prezident İlham Əliyevin tapşırığı ilə təbii qaz və elektrik enerjisindən istifadəyə görə güzəştli limitlərin artırılmasına münasibət bildirib. 

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, akademik Ziyad Səmədzadə Prezident İlham Əliyevin tapşırığı ilə təbii qaz və elektrik enerjisindən istifadəyə görə güzəştli limitlərin artırılmasına münasibət bildirib.

Komitə sədri Publika.az-a açıqlamasında deyib ki, ölkə Prezidentinin bütün fəaliyyət istiqamətlərində Azərbaycan xalqının həyat səviyyəsinin yüksəldilməsi məsələsi prioritetdir:

“Son 10 ildə Azərbaycanda həyata keçirilən irimiqyaslı layihələr və proqramlar əhəmiyyətli dərəcədə sosial göstəricilərin yaxşılaşmasını təmin edib. Azərbaycanda qısa zaman ərzində bütün sosial göstəricilərin yaxşılaşması müşahidə olunur. Tarif Şurasının qərarı ilə əlaqədar cənab Prezidentin qəbul etdiyi qərarlar bir daha onu göstərir ki, dövlət başçısı dünyada baş verən maliyyə böhranına baxmayaraq, Azərbaycan xalqının sosial rifahını daim diqqətdə saxlayır. Prezident İlham Əliyevin tapşırığı ilə təbii qaz və elektrik enerjisindən istifadəyə görə güzəştli limitlərin artırılması müsbət addım kimi qiymətləndirilir. Şübhəsiz ki, bu güzəştli limitlərin artırılması əhalinin xərclərinin optimallaşdırılmasına müsbət şərait yaradacaq”.

Z.Səmədzadə qeyd edib ki, qarşıdakı illərdə Azərbaycan iqtisadiyyatının davamlı inkişafını təmin etmək üçün hazırda dövlət başçısı tərəfindən ciddi addımlar atılır:

“Buna nail olmaq üçün müvafiq strukturlar daha çevik, məqsədli və səmərəlilik nəticələri yüksək olan tədbirlər həyata keçirməli, dövlət başçısının müəyyən etdiyi tapşırıqlara məsuliyyətlə yanaşmalıdır. Bütün bu cür addımların reallaşması ölkəmizdə iqtisadi fəallığı daha da artıracaq. Bunun nəticəsində isə əhalinin sosial vəziyyətini xarakterizə edən göstəricilərin yaxşılaşması təmin olunacaq”.

Xatırladaq ki, Prezident İlham Əliyevin tapşırığı ilə ölkədə təbii qaz və elektrik enerjisindən istifadəyə görə güzəştli limitlər artırılıb.

Bu barədə ötən gün keçirilən brifinqdə iqtisadiyyat naziri Şahin Mustafayev məlumat verib.

Nazir deyib ki, Tarif (qiymət) Şurasının yeni qərarına əsasən, əhali üzrə aylıq elektrik enerjisi istehlakı 300 kilovat-saatadək olan istehlakçılar üçün dəyişdirilməyərək mövcud 7 qəpik səviyyəsində saxlanılıb, aylıq istehlak həcminin 300 kilovat-saatdan çox olan hissəsi üçün isə 11 qəpik müəyyənləşdirilib.

Eləcə də təbii qazın pərakəndə satış tarifi əhali üzrə illik istehlak həcmi 1700 kubmetrədək olan istehlakçılar üçün dəyişdirilməyərək bir kubmetr üçün mövcud 10 qəpik səviyyəsində saxlanılıb, illik istehlak həcminin 1700 kubmetrdən çox olan hissəsi üçün isə 20 qəpik müəyyənləşdirilib.