Komitə dini maarifləndirmə işini o şirkətə tapşırdı

Komitə dini maarifləndirmə işini o şirkətə tapşırdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) dini maarifləndirmə tədbirlərki keçirməyə hazırlaşır.

Tribunainfo.az xəbər verir ki, dövlət qurumu bununla bağlı tenderin nəticəsini açıqlayıb.

Məlumata görə, tenderin qalibi “GLOSSY” MMC olub. Komitə MMC ilə bu tədbirin təşkili üçün 237 min 613 manatlıq müqavilə bağlayıb.

Qeyd edək ki, DQİDK bu ilin yayında da (16.07.2025) dini maarifləndirmə tədbirinin keçirilməsi ilə bağlı tenderini eyni şirkətə verib. Həmin vaxt “GLOSSY” MMC ilə 89 min 858 manatlıq müqavilə bağlanıb.

“GLOSSY” MMC haqqında açıq mənbələrdə dolğun məlumat yoxdur. Məlum olan odur ki, şirkət 5 ildir yaradılıb və əsasən tədbirlərin təşkili işi ilə bağlıdır. Bundan başqa, MMC-nin son bir ildə 5 tenderin qalibi olduğu məlumdur.

Fərda Uğur