Kolumbiyanın məşhur narkobaronu təslim olur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kolumbiyanın ən güclü narkobaronu Dairo Antonio Usuqa hökumətə təslim olmağa hazırdır.

 

Kolumbiyanın ən güclü narkobaronu Dairo Antonio Usuqa hökumətə təslim olmağa hazırdır.

Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Kolumbiya Prezidenti Xuan Manuel Santos söyləyib.

“3 sentyabrda biz “Zaliva klanı”nın rəhbərindən polisə təslim olacağı ilə bağlı xəbər aldıq. Mən Ədliyyə Nazirliyi və prokurorluğa bu situasiyanı dəyərləndirmələri haqqında tapşırıq verdim. Polisə təkcə Usuqa yox, onun dəstəsinin bütün üzvləri təslim olmağa hazırdırlar”, – deyə o bildirib.

Qeyd edək ki, “Zaliva klanı” öz tərkibində 1500 nəfəri birləşdirir. Bu hərbi qruplaşmanın tərkibində xüsusilə radikal sağçılar yer alıblar.