“Ermənistanın Avropa Birliyinə, ondan sonra isə NATO-ya qəbul olunması üçün Paşinyan sərhəd məsələsini birdəfəlik bağlamalıdır”. Tribunainfo.az bildirir ki, bunu Rusiyalı politoloq Vasili Koltaşov deyib.
Onun sözlərinə görə, Paşinyanın Azərbaycana istədiyi hər hansı güzəştə getməkdən başqa yolu yoxdur. “Bu güzəştlər həm də Azərbaycanın xeyrinə əhəmiyyətli ərazi dəyişiklikləri ilə nəticələnə bilər”.
O hesab edir ki, Rusiyanın mövqeyi də bu prosesdə maraqlıdır. “Onlar Azərbaycanı dayandıra bilər. Lakin Azərbaycan çox şey götürə bilər. Yəni nəinki bəzi kəndləri, istəsə rayonlara da ələ keçirə bilər”.
Koltaşov qeyd edir ki, Bakı bir sıra məsələrdə öndədir. “Azərbaycan yaxşı bilir ki, Qərb Ermənistan üçün döyüşməyəcək. Bundan əlavə, Qərbin bir hissəsi artıq Ermənistana qarşı münaqişədə iştirak edən NATO üzvü olan Türkiyədir”.