Kolerov: İran Zəngəzura hərbi qüvvə gətirə bilər

Kolerov: İran Zəngəzura hərbi qüvvə gətirə bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Paşinyanın siyasəti nəticəsində İran Zəngəzurda Ermənistanın deyil, yalnız öz maraqlarını qoruyacaq”. Tribunainfo.az xəbər verir ki, bu sözləri rusiyalı politoloq Modest Kolerov deyib. Onun sözlərinə görə, Paşinyan İranın dostu deyil və heç vaxt da olmayacaq. “Nəzəri cəhətdən belə təsəvvür etmək olar ki, Suriyada iranpərəst qüvvələr olduğu kimi, Zəngəzurda da iranpərəst qüvvələr peyda ola bilər”.
Onun sözlərinə görə, məhz İran sayəsində Azərbaycan və Türkiyə Zəngəzura girə bilmir. “Lakin Əsədin süqutu və Suriyanın terrorçuların nəzarətinə keçməsi İrana böyük zərbə oldu. İndi bunu fürəst bilənlər ola bilər”. Kolerov hesab edir ki, Zəngəzur Ermənistanın Axilles dabanıdır. “Zəngəzur Ermənistanın zəif nöqtəsidir. İran da bunu yaxşı bilir, ona görə də, bu məsələdə böyük rol oynaya bilər. Yəni, Zəngəzurun təhlükəsizliyinin qarantı ola bilər”.