Qaziantepdə yaşayan gözdən əlil Göktuğ Arın yediyi kolbasadakı metal parçasının boğazına ilişməsi nəticəsində xəsarət alıb.
Tribunainfo.az Haber Global-a istinadən xəbər verir ki, Qaziantepdə yaşayan 20 yaşlı gözdən əlil Göktuğ Arın marketdən aldığı qapalı qablaşdırılmış kolbasa yeyərkən boğazında şiddətli ağrı hiss edib.
Ağzında metal kimi dad hiss edən Göktuğ Arın xəstəxanaya aparılaraq ailəsinin köməyi ilə müalicə olunub. Yediyi kolbasadakı dəmirin boğazında ilişib qaldığını anlayan Arın həkimlərin müdaxiləsi ilə sağlamlığına qovuşarkən, şirkət rəsmilərinə reaksiya verib.