Kolbasa-sosiska reklamları yığışdırılır

Kolbasa-sosiska reklamları yığışdırılır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Dövlət Dumasının səhiyyə komitəsi şirinləşdirilmiş qazlı suların, enerji içkilərinin, eləcə də kolbasa və sosiskaların reklamına məhdudiyyət qoyulmasını təklif edir.

TİA.AZ-ın məlumatına görə, duzlu və yağlı məhsulların da reklamının azaldılması təkliflər arasındadır.

 Bundan başqa, komitə qazlı içki istehsalçıları üçün vergilərin artırılması və bu məhsullara aksizlərin tətbiq olunmasını təklif edib.