Kökəlməyə səbəb olan – 6 vərdişbackend

Kökəlməyə səbəb olan – 6 vərdiş

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Ekspertlərin sözlərinə görə, müəyyən vərdişlər var ki, minimum qidalansanız belə kökəlməyə səbəb olur.

Tribunainfo.az xəbər verir ki, mütəxəssislər arıqlamanın qarşısını alan həmin vərdişləri sadalayıblar.

1. Tez-tez suşi, roll yemək. Öz-özünə onlar yüksək kalorili deyillər, lakin uzun müddət bu cür qidalanma beldə piylənməyə səbəb olur.
Çünki rollara mayonez sousu, yağlı pendir, hisə verilmiş toyuq və digər çox sağlam olmayan maddələr əlavə olunur.
2. Arıqlamaq üçün az yemək. Belə etdikdə maddələr mübadiləsi yavaşlayır və bədən kəsiri kompensasiya etmək üçün daha az kalori yandırmağa çalışır və piy ehtiyatı yığır.
3. Az yatmaq. Yuxusuzluq insanı daha çox yeməyə vadar edir. Gecə yeddi saatdan az yatan insanlar gündə orta hesabla 385 kkal artıq yeyirlər.
4. Sağlam qidaları porsu gözləmədən yemək. Hətta xiyar çox yeyildikdə bədəndə kalori artıqlığı yarada bilər. Məsələn, qoz-fındıq və avokado daha da kalorilidir, buna görə də onlarla tez kökəlmək olar.
5. Salat yemək. Tərəvəz və meyvələr insan orqanizmi üçün faydalıdır, lakin onlar uzun müddət doyura bilmirlər. Buna görə də yüksək kalorili qəlyanaltılara keçmək riski var. Yeməklərə protein əlavə etmək lazımdır.
6. Yeməkdən tam imtina. Səhər yeməyi, nahar və ya şam yeməyindən imtina gündəlik kalorili azalmasına səbəb olur. Diyetoloqlar deyirlər ki, gün ərzində müəyyən qədər yemək daha yaxşıdır.