Köhnə avtomobili olanların nəzərinə – Yaxın zamanda…backend

Köhnə avtomobili olanların nəzərinə – Yaxın zamanda…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Köhnə avtomobillərin utilizasiyası ilə bağlı proqram “Mexaniki nəqliyyat vasitələrinin utilizasiyası Proqram”ı adlanır”.

Tribunainfo.az  xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər nazirinin müşaviri Rasim Səttar-zadə deyib.

O bildirib ki, “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019–2023-cü illər üçün Dövlət Proqramı”na əsasən, köhnə avtomobillərin utilizasiyasına dair proqram hazırlanmalıdır:
“Həmin proqram hazırdır. Proqram artıq ölkədə istismarda və qeydiyyatda olan avtomobillərin özünü mənəvi və fiziki cəhətdən köhnəlmiş və avtomobil də adlandırılması çətin olan nəqliyyat vasitələrinin utilizasiyası ilə bağlıdır. Təəssüf ki, bu proqramın razılaşdırma prosesi bir az uzandı. İnanırıq ki, yaxın zamanda bu proqramın razılaşdırma prosesi artıq yekunlaşacaq. Biz həmin proqramı tətbiq etməklə müəyyən qədər ölkədə artıq öz ömrünü sürmüş avtomobillərin utilizasiyasına, həm də avtomobillərin dövriyyədən çıxarılmasına nail ola biləcəyik. Həm də ETSN olaraq tullantıların idarə olunması nöqteyi-nəzərindən həmin avtomobillərin təkrar xammal kimi emala göndərilməsi, həm də o avtomobillərin müəyyən hissələrindən istifadə olunaraq yenidən dövriyyəyə qaytarılması kimi cəhdlər edəcəyik”.