Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 yanvar tarixli 1206 nömrəli fərmanında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 14 fevral tarixli 1243 nömrəli Fərmanı ilə əlaqədar olaraq məlumat yayıb.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 yanvar tarixli 1206 nömrəli fərmanında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 14 fevral tarixli 1243 nömrəli Fərmanı ilə əlaqədar olaraq məlumat yayıb.
Komitənin mətbuat xidmətindən TİA.AZ-a daxil olan məlumat bildirilib ki, fərmanda müəyyən dəyişiklik edilməsi aidiyyəti dövlət qurumlarına əvvəlcədən məlum idi: “Məlum idi ki, təbii qazla təmin olunmayan yataqxanalar, tikintisi yarımçıq qalmış binalar, pansionatlar və digər obyektlərdə sayğacların quraşdırılması texniki və istismar baxımından mümkün deyil. Buna görə də ölkə Prezidenti tərəfindən hələ keçən ilin dekabr ayında Dövlətqaçqınkoma, kommunal xidmət təşkilatlarına, yerli və əraziləri işğal olunmuş rayon icra hakimiyyətlərinə tapşırıq verilmişdi ki, belə obyektlərdə 2017-ci ilin yanvar ayı ərzində məcburi köçkünlərin adambaşına elektrik sərfiyyatı üzrə monitorinq aparılsın.
Bununla əlaqədar olaraq Dövlətqaçqınkom, kommunal xidmət təşkilatları və aidiyyəti icra hakimiyyətləri ilə birlikdə monitorinq aparıldı və təbii qazla təmin olunmayan obyektlərdə adambaşına 1 ay ərzində istifadə olunan elektrik enerjisinin hazırki dövr üçün real sərfiyyatı müəyyənləşdirildi. Həmin monitorinqin nəticələri barədə ölkə Prezidenti cənab İlham Əliyevə məlumat verildi”.
Komitədən qeyd olunub ki, 14 fevral 2017-ci il tarixdə imzalanan fərmanın 1.1-ci bəndində fərdi qaydada sayğacların quraşdırılması və texniki istismarı mümükün olmayan sıx, kompakt müvəqqəti məskunlaşma yerlərində ( yataqxana, pansionat və digər binalarda) faktiki yaşayan məcburi köçkünlərin istifadə etdikləri təbii qaz, elektrik enerjisi, su və məişət tullantılarının daşınmasına görə haqlar 1 yanvar 2017-ci il tarixinədək məcburi köçkünlər üçün müəyyən edilmiş normalar həddində dövlət hesabına mərkəzləşmiş qaydada birbaşa kommunal xidmət təşkilatlarına ödəniləcək: “Bunun üçün yerli və əraziləri işğal olunmuş rayon icra hakimiyyətləri, kommunal xidmət təşkilatları göstərilən obyektlərdə faktiki yaşayan məcburi köçkünlərin adlı siyahılarını təcili olaraq Dövlətqaçqınkoma təqdim etməlidirlər.
Fərmanın 1.2-ci bəndinə uyğun olaraq fərdi qaydada təbii qazla təmin olunmayan sıx, kompakt müvəqqəti məskunlaşma yerlərində məcburi köçkünlər tərəfindən istehlak olunan elektrik enerjisinə görə haqlar Nazirlər Kabinetinin müəyyən etdiyi limitə uyğun olaraq 2017-ci il 1 fevral tarixindən dövlət hesabına mərkəzləşmiş qaydada “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinə, su ilə bağlı ödənişlər isə “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə ödəniləcək.
Həmin məcburi köçkün ailələrinin sayı barədə məlumatlar aidiyyəti qurumlar tərəfindən Komitəyə artıq təqdim olunub. Lakin yerli və əraziləri işğal olunmuş icra hakimiyyətləri, kommunal xidmət təşkilatları Komitənin yerli nümayəndələri ilə birlikdə təcili olaraq həmin obyektlərdə faktiki məskunlaşan məcburi köçkünlərin adlı siyahılarını Dövlətqaçqınkoma təqdim etməlidirlər.
Fərmanın 2.1-ci bəndində Nazirlər Kabinetinə fərdi qaydada təbii qazla təmin olunmayan sıx müvəqqəti məskunlaşma yerlərində faktiki yaşayan məcburi köçkünlər tərəfindən istehlak olunan elektrik enerjisi üzrə limitin 3 gün ərzində müəyyən edilməsi tapşırılmışdır.
Əlavə olaraq bildiririk ki, həm fərdi qaydada sayğaclar quraşdırılması mümkün olmayan, həm də təbii qazla təmin olunmayan obyektlərdə yaşayan məcburi köçkünlərə ayda 20 manat həcmində müavinət ödəniləcək. Əraziləri işğal olunmuş rayonların təqdim etdikləri siyahı əsasında həmin müavinətlər əvvəlki qaydada əraziləri işğal olunmuş rayonların hesabına köçürüləcək və məcburi köçkünlərin plastik kartlarına ödəniləcək.
Təbii qazla təmin olunmayan yerlər qazlaşdırıldıqdan, qəzalı binalar köçürüldükdən və sayğaclaşma mümükün olan yerdə quraşdırıldıqdan sonra o obyektlərdə yaşayan və ya köçürülən məcburi köçkünlər yenidən vahid müavinətlə təmin olunacaqlar.
Bir daha bildiririk ki, kommunal xidmətlərlə bağlı nəzərdə tutulan vəsaitlər mərkəzləşmiş qaydada Maliyə Nazirliyi tərəfindən xəzinədarlıq vasitəsilə kommunal xidmət təşkilatlarına ödəniləcək və bu işlərdə şəffaflıq tam təmin olunacaq.
Ölkə Prezidenti tərəfindən imzalanmış bu Fərman məcburi köçkünlərin sosial müdafiəsinə istiqamətlənmiş yeni bir addımdır. Buna görə də bütün məcburi köçkünlər Azərbaycan Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlıqlarını bildirir və ölkə Prezidentini əmin edirlər ki, məcburi köçkünlər həmişə olduğu kimi, bu gün də dövlətimizin siyasətini fəal müdafiə edir və bundan sonra da bütün ictimai-siyasi proseslərdə dövlətçilik mövqeyindən çıxış edəcəklər. Azərbaycan Prezidentinin ölkəmizdəki qaçqın və məcburi köçkünlərə olan diqqət və qayğısı Ulu Öndər Heydər Əliyevin bu sahədə siyasətinin parlaq nümunəsidir və dünyanın münaqişə zonalarında analoqu olmayan yanaşmadır”.