Ermənistan parlamentinin spikeri Alen Simonyan dünənki iclasda Ermənistanın sabiq prezidenti, Xocalı qatili Robert Koçaryanın sərvəti barədə açıqlama verib. Tribunainfo.az xəbər verir ki, belə bir açıqlamaya zərurət yaradan səbəb isə Koçaryanın oğlu Levonun parlamentdə Qarabağ məsələsini qaldırması olub.
Simonyan çıxışı zamanı deyib ki, Robert Koçaryan və ailəsinin 4 milyard dolları pulu var. “Nə qədərdir, əziz Levon, mənə deyərsən? Nə qədər pulunuz var? Sən o pulu Qarabağdan gətirmisən?”