Ermənistanın ikinci prezidenti Robert Köçəryan oktyabrın 7-də keçirdiyi mətbuat konfransında prezidentliyi dövründə hərbi balansın qorunduğunu vurğulayıb.
Tribunainfo.az “Hraparak” nəşrinə istinadən xəbər verir ki, bu barədə Xocalı canisini brifinqdə açıqlama verib.
“Erməni tərəfi döyüş hazırlığında mühüm üstünlüyə malik idi – təkcə silah baxımından deyil, həm də mövqelər, ərazi və yüksəkliklərə nəzarət baxımından. Bütün göstəricilərə görə biz Azərbaycan Silahlı Qüvvələri üzərində mühüm üstünlüyə malik idik, ona görə də o vaxt heç bir hücum olmayıb”, -deyə Köçəryan bildirib. Görünür ki, “bizə hücum” deyəndə keçmiş prezident Qarabağı nəzərdə tutub. Lakin Azərbaycan 5 il əvvəl əks-hücumla terrorçuları qovmağı bacardı.
Dəniz Pənahova