Qarabağdan qaçan separatçılar İrəvandakı revanşist qüvvələrlə birləşmək istəsə də, vahid platformada iştirak hələ ki baş tutmur. Keçmiş “Qarabağ klanı”nın liderləri – Köçəryan və Sərkisyan Xankəndidən baş götürüb qaçmış təlxəkləri təşkilatlandıra bilmir. Tribunainfo.az bildirir ki, tərəflər parçalanıb, bir araya gələ bilmir, fikir müxtəlifliyi var və beləcə Paşinyana qarşı birləşmək reallaşmır. Hakimiyyət də onları pərən-pərən salıb. Belə ki, Şahramanyan nəzarətdədir, Balasanyan dindirilib, Babayana cinayət işi açılıb. Paralel isə Sərkisyan məhkəmə qapılarında qalıb və öz hayındadır, Köçəryan isə oğlunun həbsdən azad edilməsi ilə məşğuldur. Yəni Paşinyan bütün bu gücləri istintaqa cəlb edərək birləşməyə qoymur. Ona görə separatçılarla revanşist dairələr arasında uçurum var.