Köçəryan Araikdən danışdı

Köçəryan Araikdən danışdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın ikinci prezidenti, Qarabağın işğal altında olduğu illərdə bölgədə qurulan oyuncaq quruma rəhbərlik edən, cani Robert Köçəryan separatçı rəhbərlər üzərində Bakıda keçirilən məhkəməyə münasibət bildirib.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə o, keçirdiyi mətbuat konfransında danışıb.

“Mən gündə 10 dəfə “dağlıq Qarabağ”ın (qondarma qurum nəzərdə tutulur – red.) “liderləri” ilə əlaqə saxlamışam. Onları çıxarmaq üçün variantlar tapmağa çalışdım. Mən indi çox danışa bilmərəm. Məhkəmənin bu biabırçı şəkli gözümün qabağında dayanır. Ermənistan rəhbərliyi onları çıxarmaq üçün hər şeyi etməli idi. Helikopter göndərin, sülhməramlılarla danışıqlar aparın. Mən bu məsələni hakimiyyətin (Ermənistanın) iştirakı olmadan həll etməyə çalışdım. Bəlkə də nə vaxtsa ikinci kitab yazıb ətraflı məlumat verəcəm”, – deyə Köçəryan qeyd edib.