“Koçaryan yığdıqlarının bir hissəsini Qarabağ ermənilərinə versin”

“Koçaryan yığdıqlarının bir hissəsini Qarabağ ermənilərinə versin”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bir neçə gündür sosial problemlərindən dolayı aksiya keçirən Qarabağdan könüllü köçmüş ermənilər geri qayıtmaq tələbini də irəli sürürlər.

Tribunainfo.az xəbər verir ki, məsələnin siyasi mərhələyə qədəm qoyması üçün ən çox dəstək verənlərdən biri Ermənistanın sabiq prezidenti, Xocalı soyqırımını həyata keçirənlərdən biri olan cinayətkar Robert Koçaryandır.

Onun tərəfdarları davamlı olaraq Ermənistan hökumətini tənqid edirlər ki, onlar maliyyə ayırmır və Qarabağdan köçən ermənilərə dəstək vermirlər.

Ötən gün bu barədə yazan News.am saytı isə Koçaryanı tənqid edib. O bildirib ki, aksiyaları dəstəkləmək yaxşı olsa da, ermənilərə yardım etmək ondan daha yaxşıdır. : “Milyonçu Robert Köçəryan niyə Qarabağ xalqına kömək etmək üçün fond yaratmır? Proseslərə kənardan baxmağa nə gərək var? İndiyə qədər yığdıqlarından bir qismini onlara versin. Bundan qorxur?”

Fərda Uğur