Kiçik və Orta Biznesin İnkişaf Agentliyi (KOBİA) elan etdiyi tenderin nəticəsini açıqlayıb.
Tribunainfo.az xəbər verir ki, sözügedən qurum “Sahibkarlar günü”nün keçirilməsi ilə bağlı təşkilati xidmətlərin satın alınmasını reallaşdıracaq.
Bununla əlaqədar “MOZG MEDİA GROUP” MMC ilə satınalma müqaviləsi imzalayıb. Həmin müqavilənin dəyəri isə 94 min 400manat təşkil edəcək.
Fərda Uğur