Suriyanın müxtəlif ərazilərində hələ 12 min İŞİD döyüşçüsü qalmaqdadır.
Suriyanın müxtəlif ərazilərində hələ 12 min İŞİD döyüşçüsü qalmaqdadır.
“Report”un RİA “Novosti”yə istinadən məlumatına görə, bunu ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiyanın nümayəndəsi, polkovnik Rayan Dillon bildirib.
“Hoycada onların sayı 1000 nəfərdən azdır. Deyr-ez-Zorda 2500 nəfərdirlər. Bizim hesablamamıza görə, Rakkada İŞİD döyüşçülərinin sayı 1500 nəfərdir. Məyadində isə 6-8 min döyüşçü var”, – deyə Dillon İŞİD-in Suriyadakı döyüşçülərinin sayı barədə sualı cavablandırarkən bildirib.
ABŞ-ın rəhbərlikl etdiyi beynəlxalq koalisiya 2014-cü ildən Suriya və İraqda İŞİD-ə qarşı hərbi əməliyyatlar keçirir.