UEFA Konfrans Liqasındakı təmsilçilərimiz bu gün ikinci təsnifat mərhələsi çərçivəsində cavab oyunlarını keçirəcək.
TİA.AZ xəbər verir ki, “Sumqayıt” “Kapital Bank Arena”da Serbiya təmsilçisi “Çukariçki”, “Qarabağ” isə səfərdə “Aşdod”la (İsrail) qarşılaşacaq. Azərbaycan Kubokunun qalibi “Keşlə” isə Bakıda Rusiya təmsilçisi “Soçi”ni qəbul edəcək. “Keşlə” – “Soçi” oyunu İdman TV, “Sumqayıt” – “Çukariçki” oyunu İctimai TV, “Aşdod” – “Qarabağ” qarşılaşması isə CBC Sport telekanalı vasitəsilə canlı yayımlanacaq.
20.00. “Sumqayıt” – “Çukariçki” (Serbiya)
Baş hakim: Yorgen Burxardt
Baş hakimin köməkçiləri: Lars Hummelqaard, Nils Hög
Dördüncü hakim: Sandi Putros
(Hakimlər briqadası Danimarkadandır)
29 iyul. Kapital Bank Arena.
20.00. “Keşlə” – “Soçi” (Rusiya)
Baş hakim: Viktor Şimusik
Baş hakimin köməkçiləri: Anton Qusev, Sergey Kosovets
Dördüncü hakim: Vitali Sevostyanik
(Hakimlər briqadası Belarusdandır)
29 iyul. ASK Arena.
21.00. “Aşdod” (İsrail) – “Qarabağ”
Baş hakim: Novak Simoviç
Baş hakimin köməkçiləri: Nikola Coroviç, Miloş Simoviç
Dördüncü hakim: Aleksandar Jivkoviç
(Hakimlər briqadası Serbiyadandır)
29 iyul. Jabotinski stadionu.
Səbuhi Həsənov