Klublar yay “transfer pəncərəsi”ndə rekord məbləğdə pul xərcləyiblər

Klublar yay “transfer pəncərəsi”ndə rekord məbləğdə pul xərcləyiblər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Cari ilin yay “transfer pəncərəsi”ndə klublar rekord məbləğdə pul xərcləyiblər.

Tribunainfo.az xəbər verir ki, bu barədə FİFA məlumat yayıb.

Yay “transfer pəncərəsi” iyunun 1-dən sentyabrın 2-dək, o cümlədən ABŞ-də keçirilən klublararası dünya çempionatı ilə əlaqədar iyunun 1-dən 10-a kimi xüsusi müddət də açıq olub.

Bu müddət ərzində kişilərin peşəkar futbolunda 12 000-dən bir qədər az beynəlxalq transfer həyata keçirilib ki, bu da yeni rekorddur.

Klubların transfer xərcləri 9,76 milyard dollara yüksəlib ki, bu da rekord göstəricidir. Cari rəqəmlər 2024-cü ilin eyni dövrünün məbləğlərini 50 %-dən çox üstələyib.

İngiltərə klublarının 3 milyard dollardan çox pul xərclədiyi qeyd edilir. Bu, milli assosiasiyalar arasında bütün zamanların rekordudur.