Klub pezidentinin vurduğu hakim karyerasını bitirdi

Klub pezidentinin vurduğu hakim karyerasını bitirdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Türkiyə Mərkəzi Hakim Komitəsinin keçmiş baş katibi Ali Kunak “Ankaragücü”nün prezidenti Faruk Kocanın meydanın ortasında yumruq və təpiklə vurduğu hakim Halil Umut Melerin karyerasını bitirmək qərarına gəldiyini açıqlayıb.
 Kunak bunu Umut Melerlə keçirdiyi görüşdən danışarkən bildirib. O, Melerin “Məndən bu qədər, bitdi” – deyərək hakimliyi tərk etmək qərarına gəldiyini söyləyib.
Ötən gün Türkiyə Superliqasında baş tutan “Ankaragücü” – “Rizespor” matçında meydan sahiblərinin prezidenti Faruk Koca hakimi yumruqla vuraraq ona xəsarət yetirib. Nəticədə gözündən zədələnən hakim xəstəxanaya yerləşdirilib.