“Kliniki Tibbi Mərkəz” cərimələndi

“Kliniki Tibbi Mərkəz” cərimələndi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Klinik Tibbi Mərkəz” barəsində cərimə protokolu tərtib edilib.

Tribunainfo.az xəbər verir ki, mərkəz İnzibati Xətalar Məcəlləsinin təhlükəsizlik qaydaları əleyhinə olan 518.1-ci maddəsinin tələbini pozub.
Tələbi pozulan maddəyə əsasə mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsinə görə fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar iyirmi manatdan otuz manatadək məbləğdə cərimə edilir, vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar yüz manatdan yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir.

“Klinik Tibbi Mərkəz”in işinə 3 aprel tarixində Yasamal Rayon Məhkəməsində hakim Murad Məmmədovun sədrliyi ilə baxılacaq.

Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.

Nigar