Kiyev meri Vitali Kliçko Avstriyada xəstəxanaya yerləşdirilib.
TİA.AZ xəbər verir ki, bu barədə Liga.net portalı Kiyev merinin mətbuat katibi Oksana Zinovyevaya istinadən məlumat yayıb.
O. Zinovyeva bildirib ki, Kliçko Avstriyada müayinə və bərpa kursu keçir. Onun sözlərinə görə, Kiyev merinin vaxtilə belindən aldığı zədənin ağrıları kəskinləşib.
O. Zinovyeva qeyd edib ki, Kliçkonun xəstəxanaya yerləşdirilməsi onun xizək sürməsi ilə əlaqəli deyil.