Moskva Ukraynanın NATO-ya potensial üzvlüyünü özü üçün təhlükə hesab edir və bu, xüsusi hərbi əməliyyatın başlanmasının əsas səbəblərindən biridir.
Tribunainfo.az xəbər verir ki, bunun Kremlin mətbuat katibi Dmitri Peskov deyib.
“Bu, təhlükəsizliyin bölünməzliyi haqqında tezisimizlə tamamilə ziddiyyət təşkil edir. Bir ölkənin təhlükəsizliyi digər ölkənin təhlükəsizliyi hesabına təmin edilə bilməz. Bu, rəhbər tutduğumuz beynəlxalq münasibətlərin dəyişməz qaydasıdır”, – Peskov bildirib.