Kiyevin müttəfiqləri alternativ sənəd yaratmaqdansa, ABŞ-ın Ukraynadakı vəziyyəti həll etmək üçün mövcud planı ilə işləmək qərarına gəliblər.
Tribunainfo.az-ın xəbərinə görə, qərar bazar günü, noyabrın 23-də Cenevrədə qəbul edilib, Britaniyanın baş naziri Keir Starmer bildirib.
Starmer bəzi məqamları qəbuledilməz hesab edib.
Hazırda Cenevrədə üzərində iş gedən sazişin mətninə gəlincə, o qeyd edib ki, başqa bir sənəd yaratmaqdansa, onun bəzi hissələri qəbuledilməz, digər hissələri isə vacib olsa da, mövcud mətnlə işləmək lazım olduğuna dair ciddi konsensus əldə olunub.
Eyni zamanda, Kiyev ABŞ-ın təklif etdiyi Ukrayna münaqişəsinin həlli üçün potensial sülh sazişinin şərtləri ilə razılaşıb. ABŞ rəsmisinin sözlərinə görə, razılaşdırılmalı olan yalnız bir neçə xırda detal qalıb.
Xatırladaq ki, Belarus prezidenti Aleksandr Lukaşenko Ukraynada münaqişənin tezliklə bitəcəyini bəyan etmişdi. Dövlət başçısının sözlərinə görə, “bu bürokratik yol” bitdikdən sonra hər kəs öz daxili siyasi işlərinə keçəcək.
Dəniz Pənahova










