Kiyevə hücum zamanı zərər görən Azərbaycan səfirliyindən son görüntülər-VİDEO

Kiyevə hücum zamanı zərər görən Azərbaycan səfirliyindən son görüntülər-VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi, ötən gecə Rusiya silahlı qüvvələrinin Ukraynanın paytaxtı Kiyevə çoxkombinasiyalı hava hücumu nəticəsində Azərbaycanın Ukraynadakı səfirliyinin binasına ciddi ziyan dəyib. Səfirliyin yerləşdiyi ərazidə böyük yarıq əmələ gəlib. Səfirliyimizin binası da daxil olmaqla, divarları ciddi zərər görüb. Divarın bir hissəsi uçub, həmçinin səfirliyin pəncərələri sınıb, diplomatlara məxsus avtomobillərə ziyan dəyib.

Musavat.com-un əldə etdiyi məlumata əsasən, səfirliyə yaxın ərazidə, təxminən 200 metr məsafədə “Artem” raket və kosmik sənaye müəssisəsi yerləşir. Bu müəssisə raket və kosmik texnologiya istehsal edən mühüm müəssisələrdən biridir. Ehtimala görə, hücum zamanı hədəfə alınan obyektlərdən biri də “Artem” zavodu olub.

Ukraynada yaşayan həmyerlilərimiz redaksiyamıza səfirlik binasından çəkilmiş görüntülər göndəriblər.

Tribunainfo.az həmin görüntüləri təqdim edir: