Etnik macarlar Ukraynadakı Zakarpatya vilayətini kütləvi şəkildə tərk edirlər.
Etnik macarlar Ukraynadakı Zakarpatya vilayətini kütləvi şəkildə tərk edirlər.
Axar.az xəbər verir ki, bu sözləri öz Tvitter hesabında Ukrayna Xarici İşlər naziri Pavel Klimkin paylaşıb.
“ATƏT-dəki görüşü pozitiv şəkildə başa vururuq. Macarıstandan olan həmkarım Piter Siyarto ilə xoş danışığımız oldu. Etnik macarların sayı Zakarpatyada artıq nəinki 150, heç 100 min də deyil. İnsanlar regionu kütləvi şəkildə tərk edirlər”, – deyə o bildirib.