Kiyevdə Rusiyanın “Birinci kanal”ının jurnalisti saxlanılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

 Rusiyanın “Birinci kanal”ının jurnalisti Anna Kurbatova Kiyevdə Ukrayna Təhlükəsizlik Xidmətinin (UTX) əməkdaşları tərəfindən saxlanılıb.

 
 

 Rusiyanın “Birinci kanal”ının jurnalisti Anna Kurbatova Kiyevdə Ukrayna Təhlükəsizlik Xidmətinin (UTX) əməkdaşları tərəfindən saxlanılıb.

“Report” Rusiya KİV-inə istinadən xəbər verir ki, kanaldan artıq bu məlumatı təsdiqləyiblər.

Kanalın mətbuat xidmətinin nümayəndəsi ilkin versiyaya əsasən, jurnalistin öz evinin yaxınlığında saxlanıldığını bildirib.

UTX isə jurnalistin oğurlanmasına dair məlumatları axmaqlıq adlandırıb. Xidmətin rəsmi nümayəndəsi Yelena Qitlyanskaya qurumun adam oğurluğu ilə məşğul olmadığını, yalnız Ukrayna qanunvericiliyi çərçivəsində hərəkət etdiyini bildirib.

Öz növbəsində, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov hazırda Kremlin A.Kurbatova haqqında heç bir məlumatının olmadığını, amma vəziyyəti aydınlaşdırmaq üçün hər cür səy göstərəcəklərini vurğulayıb.