Bu səhər Rusiya tərəfi Ukraynanın paytaxtına daha bir kütləvi raket və dron hücumu təşkil edib. Tribunainfo.az xəbər verir ki, Ukrayna Havadan Müdafiə Qüvvələri həmin hücumların böyük əksəriyyətinin qarşısını almağa nail olub.
Belə ki, Kiyev üzərində onlarla ballistik raket və PUA vurulub. Lakin raketlərdən şəhərdəki yaşayış evlərinə düşənlər də olub. Ukrayna Müdafiə Nazirliyi bildirib ki, hücum zamanı ölənlərin sayı 2 nəfər olub. Yaralananlar isə 40 nəfəri keçib.
Qeyd edək ki, analoji hücumlar Xarkov və Zaporojiyeyə də edilib. Rusların bu hücumları zamanı 4-ü uşaq olmaqla, 10-a yaxın mülki şəxs həlak olub,