Kiyev Ukraynada maaş lideridir

Kiyev Ukraynada maaş lideridir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2017-ci ildə Ukrayna paytaxtı Kiyevdə orta aylıq əməkhaqqı 11 min 643 qrivna (687 manat) olub. Bu, ölkə üzrə ən yüksək göstəricidir.

Novator.az-ın məlumatına görə, Dövlət Məşğulluq Xidməti Kiyev, Dnepropetrovsk, Zaporojye , Poltava vilayətlərində orta aylıq əməkhaqqını 7 min 400 qrivna (437 manat) göstərir.

Hesabata əsasən, hazırda Ukraynada ən aşağı maaş tibb bacılarına, həkimlərə və tərbiyəçilərə verilir. Onların orta aylıq əməkhaqqı 3 min 700 qrivnadır (218 manat).

Novator.az bildirir ki, rəsmi hesabata görə, 2017-ci il dekabrın 1-nə Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 525 manat olub.

Ötən il noyabrın 1-nə Bakıda orta aylıq nominal əməkhaqqı 782,9 manata çatıb.